Bu Vebsaytın tərkibi aşağıda qeyd olunan müddəalarla tənzimlənir:
Bu Vebsaytın məzmununa münasibətdə İsveçrə qanunuvericiliyi və İsveçrə Ticarət Palatalarının Arbitraj İnstitutunun (arbitrajın keçirilmə yeri - Cenevrə, İsveçrə, arbirtraj İsveçrə Ticarət Palatalarının Arbitraj İnstitutunun 2012-ci il tarixli İsveçrənin Beynəlxalq Arbitraj Reqlamentinə müvafiq olaraq və İsveçrə Ticarət Palatalarının Arbitraj İnstitutu tərəfindən təyin olunan tək arbitr tərəfindən həyata keçiriləcəkdir) eksklüziv yurisdiksiyası tətbiq olunur. Əgər siz tətbiq olunan qanunvericiliklə və ya hazırki şərtlərlə razı deyilsizsə xahiş edirik bu Vebsaytdan istifadə etməyin.
Biz bizim obyektlərdə olan məlumat və şəxsi məlumata münasibətdə fiziki təhlükəsizliyi təmin edirik və insanlar tərəfindən icazəsiz çıxış təhlükəsizliyimizə mənfi təsir göstərə bilən hallarda Vebsayt, bina, kompüter otaqları, ofis, texnoloji məkanlar, avadanlıq və digər obyektlərə çıxışı məhdudlaşdırırıq.
Bütün kommersiya marağını təşkil edən və ya məxfi məlumat, o, cümlədən şəxsi məlumatlar kompüterdə saxlanılır, əl kartotekasına daxil olan və saxlanılan istənilən məlumat isə qapalıdır və tətbiq olunan təhlükəsizlik tədbirləri çərçivəsində qorunur.
Biz informasiya və şəxsi məlumata çıxışın məhdudlaşdırılması tədbirlərini, o, cümlədən istifadəçilərin avtorizasiyavı və autentifikasiyası üzrə mövcud prosedurları, çıxışın məhdudlaşdırılması üçün proqram vasitələrinə nəzarəti və şifrələmə kimi məlumatların qorunması üçün üsulları tətbiq edirik.
Biz fövqəladə hallarda qorunmalı olan biznes funksiyalarımızı və aktivlərimizi (o, cümlədən şəxsi məlumatları) müəyyən edərək fövqaladə hallar vəziyyətində tədbirlər planı qismində biznesin fasiləsizliyini təmin edən planı tətbiq edirik və zərurət olduqda onların qorunması və bərpası proseduralarını işləyib hazırlamışıq.
Baş verdiyi yerlərdə məlumata icazəsiz çıxış hallarının aşkar olunması və araşdırılması ilə əlaqədar olaraq təhlükəsizliyin pozulmasından bizi agah etməli olan müəyyən təhlükəsizlik tədbirləri tərəfimizdən işlənib hazırlanmışdır. Biz təhlükəsizlik qaydalarının hər bir pozuntusunu araşdırmağa səy göstəririk.
Şirkət ona açıqlanan və ya onun tərəfindən toplanılan şəxsi informasiya və ya məlumatın təhlükəsizliyinə zəmanət verə bilməz.
Biz onlayn məxfiliyinizin qorunmasına ciddi şəkildə sadiqik və tərəfinizdən bizə verilmiş şəxsi məlumatları qorumaq üçün müvafiq tədbirlər görürük. Biz sizdən alınmış məlumatın istifadəsi ilə bağlı müvafiq bəyanatın tələblərinə əməl etmək məqsədilə gələcəkdə də bütün zəruri tədbirlərin yerinə yetiriləcəyini öhdəmizə götürürük.
Biz tətbiq olunan qanunvericilik çərçivəsində bütün öhdəliklərimizə əməl edirik və onlara əməl etməyə davam edəcəyik. Siz isə öz növbənizdə tərəfimizdən sizin məlumatın işlənib emal olunmasına razılığınızı verirsiz.
Məxfilik siyasəti nə sizin, nə də bizim üzərimizə düşən hər-hansı bir müqavilə və ya digər qanuni hüquqların və ya öhdəliklərin əmələ gəlməsini nəzərdə tutmur.
Bizə yardımçı olmaq üçün siz bizim istəyə biləcəyimiz və ya sizə tələb olunan istənilən xidmətləri, məlumatı və ya tələb olunan fəaliyyəti təmin etmək məqsədilə istifadə edə biləcəyimiz məlumatı vaxtaşırı olaraq bizə təqdim edə bilərsiz, buna görə də biz sizinlə əlaqə saxlaya bilər və belə bir xidmətlər və ya aidiyyati fəaliyyət barədə sizə məlumat verə bilərik.
Biz sizdən alınmış məlumatı şirkətlər qrupumuza daxil olan şirkətlərə və tərəfdaşlarımıza təqdim edə bilərik. Siz istənilən vaxt bizə məlumat verərək şəxsi məlumatınızın üçüncü tərəflərə ötürülməməsi və ya paylanılmamasını tələb edə bilərsiz.
Xidmət və ya Vebsaytdan istifadə etmək üçün sizin təqdim etdiyiniz qeydiyyat məlumatı tələb oluna bilər. Biz bu məlumatı saxlayacağıq və tərəfinizdən etiraz daxil edilmədiyi təqdirdə bu məlumatdan sizinlə əlaqə saxlamaq, xidmətlər haqda məlumat vermək və ya adi qaydada, xidmətlərin göstərilməsi və Vebsaytın keyfiyyətinin təkmilləşdirilməsi üçün istifadə edəcəyik.
Məlumat Vebsaytın məhdud çıxışı olan hissələrinə sizə çıxış imkanını təmin etmək, habelə tərəfinizdən istənilən məlumatı poçt üzərindən almanız və ya sizin müəyyən xidmətlərdən faydalanmanız məqsədilə üçüncü tərəflərə açıqlana bilər.
Biz barənizdə olan məlumatı saxlamaq və izləmək üçün kuki fayllarından istifadə edə bilərik. Bu bizə banner reklamının effektivlik meyarını müəyyən etməyə kömək edəcək və Vebsaytın fəaliyyətinin daha dəqiq təhlilinin aparılmasını təmin edəcəkdir. Kuki-faylları veb serverdən sizin brauzerə göndərilən və sizin kompüterdə saxlanılan kiçik fayllardır.
Biz sizin şəxsi informasiya və məlumatınızı qorumaq üçün bütün ağlabatan addımları atırıq və gələcəkdə də onları atmağa davam edəcəyik. Bununla belə biz internetin xüsusiyyətini nəzərə alaraq sizin onlayn açıqladığınız istənilən şəxsi informasiya və ya məlumatın təhlükəsizliyinə zəmanət verə bilmərik. Biz sizin təqdim etdiyiniz istənilən informasiya və ya məlumatın qorunmasına yardımçı olmaq üçün vaxtaşırı olaraq şifrələmə texnologiyasından istifadə edə bilərik. İstənilən halda siz internet üzərindən məlumatın açıqlanmasının özünəməxsus təhlükəsizlik fəsadlarını qəbul edir və təhlükəsizliyin istənilən pozuntusu ilə bağlı bizim məsuliyyət daşımayacağımızla razılaşırsız. Müvafiq qanunvericiliyə görə tərəfimizdən səhlənkarlığa yol verilməsi və bilərəkdən öhdəliklərimizin icra olunmaması istisna hallarını təşkil edir.
İstənilən vaxtı bizdə olan və sizə məxsus məlumatın qeyri-düzgün olması ilə bağlı narahatlığınız olanda xahiş edirik məlumata düzəliş vermək üçün bizimlə əlaqə saxlayın. Biz hazırki Məxfilik Siyasətini və Məlumatların Qorunması üzrə Bəyanatı öz Vebsaytımızda onların yeni versiyalarını yerləşdirməklə istənilən vaxt dəyişdirmək hüququnu özümüzdə saxlayırıq.
Bu standart satış şərtləri ("Satış şərtləri" ) elektron müqavilə formasında elektron sənəddir. Hazirki satış şərtlərinə yerli qanunvericilik istisna olmaqla fiziki, elektron və ya rəqəmsal imza tələb olunmur.
Hazırki satış şərtləri Alıcı və Satıcı arasında tərəflərin üzərində öhdəlik yaradan hüquqi sənəddir harada ki, Satıcı vebsaytda məhsullarını təklif etmək üçün satışa çıxarmışdır və Alıcı da Satıcının vebsaytda təqdim etdiyi məhsulu almaq üçün Satıcının belə bir təklifini qəbul etmişdir. Hazırki satış şərtləri Satıcı tərəfindən vebsaytda məhsulların reklamı, sərgilənməsi və satışa çıxarılması zamanı Satıcı üçün qüvvədə olacaq və onun üzərində məcburi hüquqi öhdəlik yaradacaqdir. Eyni zamanda onlar Alıcının Satıcının satışa çixardığı məhsulları almağa razilaşdığı zaman Alıcı üçün qüvvədə olacaq və onun üzərində məcburi hüquqi öhdəlik yaradacaqdir.
Hazırki Satış Şərtlərində www.ZoodMall.com ünvanında yerləşən vebsaytdan və "ZoodMall" adı altında olan və tərzində işlənilmiş mobil tətbiqdən (birlikdə Vebsayt) satıcıdan müxtəlif Malları (aşağıdakı tərifə uyğun olaraq) alan İstifadəçiyə (istər ziyarətçi istifadəçi, istərsə də qeydiyyatdan keçmiş istifadəçi olsun) "Alıcı" kimi, Vebsayt vasitəsilə Alıcı üçün istənilən Malları satışa çıxaran, sərgiləyən, təklif edən, təqdim edən, həmin məhsulun bazar tədqiqat ilə məşğul olan, onu satan və ya çatdıran istənilən fiziki və ya hüquqi şəxsə isə "Satıcı" kimi istinad olunur (bundan sonra "Satıcı" kimi istinad olunur). Hazırki Satış Şərtləri, o, cümlədən, alqı/satqı üçün təklif şərtlərini, Alıcı tərəfindən satış təklifinin qəbul olunmasını və Vebsayt vasitəsilə Satıcıdan mal və xidmətlərin ("Məhsullar") alışını təsvir edir. Hazırki Satış Şərtlərinə vəziyyətdən asılı olaraq Alıcı və Satıcı üzərində məcburi hüquqi öhdəlik yaradan müəyyən bəyanatlar və məsuliyyətdən imtinalar daxildir. Bəzən həm Alıcı, həm də Satıcıya müvafiq qrammatik formaya uyğun olaraq birlikdə "Siz" kimi istinad olunur.
Xahiş olunur istənilən məhsulu satışa çıxarmadan və ya almadan öncə bu satış şərtləri ilə tanış olun. Hazırki istifadə şərtləri müxtəlif razılaşma, şərt, məxfilik siyasəti, istifadə şərtləri və vebsaytın bütün digər siyasətlərinə əlavədir. Satıcı vebsaytda təqdim olunduğu kimi satışa çıxartdığı məhsullar üzrə və ya məhsul təsvirlərində əlavə və ya bir-biri ilə ziddiyyət təşkil edən şərtləri daxil edə bilər ("əlavə satış şərtləri"). Əgər hazırki satış şərtləri və əlavə satış şərtləri arasında hər hansı bir ziddiyyət olarsa əlavə satış şərtləri belə bir ziddiyyət həddində və həmin satışa münasibətdə üstün qüvvəyə malik olacaqdır. Əgər satıcı hazırki satış şərtləri ilə razı olmazsa onda ondan vebsaytda hər hansı məhsulu satışa çıxarmamaq və ya təklif etməmək xahiş olunur. Öz növbəsində əgər alıcı hazırki satış şərtləri və əlavə satış şərtləri ilə razı olmazsa ondan da vebsaytda satışa çıxarılmış və ya təklif olunmuş hər hansı bir məhsulu almamaq və ya almağa cəhd göstərməmək xahiş olunur.
Hazırki Satış Şərtləri istənilən vaxt təkrar nəzərdən keçirilə bilər və buna görə də həm Alıcı, həm də Satıcılardan hər hansı bir Məhsulu satışa çıxarmadan və ya hər-hansı bir məhsulun alşını həyata keçirmədən öncə vaxtaşırı olaraq bu Satış Şərtləri ilə tanış olmaq xahiş olunur. Yenilənmiş Satış Şərtləri ilə Vebsaytda tanış olmaq olar.
Əlavə olaraq sizdən ən son Satış Şərtləri ilə tanış olmaq üçün Vebsayta müntəzəm olaraq baş çəkmək xahiş olunur. Hazırki Satış Şərtlərinin dəyişib dəyişməməsini müəyyən etmək üçün onların dövri olaraq yoxlanılması sizin məsuliyyətiniz olacaqdır, Alıcı isə təklif olunan Mallar üzrə Satıcının Əlavə Şərtlərini də nəzərdən keçirməlidir. Sizdən Vebsayt və aidiyyatı xidmətləri istifadə etmədən öncə tələb olunan qaydada istənilən yeniliklərə xüsusi razılığınızı vermək tələb oluna bilər. Əgər ayrıca razılıq tələb olunmursa Vebsayta və ya hazırki Satış Şərtlərinə edilən bu dəyişikliklər və əlavələrdən sonra sizin Vebsaytdan davamlı istifadəniz belə bir dəyişiklik və ya əlavələrin tərəfinizdən qəbul edilməsi anlamını daşıyacaqdır.
Bu vebsaytdan istifadə şərtləri ("İstifadə şərtləri" ) elektron müqavilə formasında elektron sənəddir. Hazırki şərtlərə fiziki, elektron və ya rəqəmsal imza tələb olunmur.
Hazırki istifadə şərtləri istifadəçi və zoodmall (hər tərəfə münasibətdə şərtlər aşağıda müəyən olunub) arasında tərəflərin üzərində öhdəlik yaradan hüquqi sənəddir. Hazırki şərtlər tərəfinizdən qəbul (birbaşa və ya dolayı yolla elektron formada və ya elektron sənəd vasitəsilə) olunan kimi qüvvəyə minəcəkdir və vebsaytın istifadə edilməsi məqsədilə (aşağıda verilmiş tərifə müvafiq olaraq) istifadəçi və zoodmall arasında münasibətləri tənzimləyəcəkdir.
www.ZoodMall.com ünvanında yerləşən Vebsaytın və ZoodMall firma üslubunda tərtib edilmiş ZoodMall adlanan mobil tətbiqin hazırki istifadə Şərtləri (birlikdə Vebsayt) "ZoodMall" (bundan sonra "Biz" və ya "Bizə" və ya "Bizim" kimi istinad oluna bilər) və Vebsaytın ziyarətçi istifadəçiləri və ya qeydiyyatdan keçmiş istifadəçiləri (bundan sonra "Siz" və ya "Sizin" və ya"Sizin təşəbbüsünüzlə" və ya "İstifadəçi") arasında münasibətləri tənzimləyir və ZoodMall-un sizə əsasında Vebsayta çıxış təmin etdiyi və ikinci dərəcəli və köməkçi xarakter daşıyan digər xidmətləri göstərdiyi şərtləri təsvir edir ("Xidmətlər").
Xahiş edirik vebsaytdan istifadə etmədən və ya orada qeydiyyatdan keçmədən və ya vebsayt vasitəsilə istənilən material, informasiya və ya xidmətlərə çıxış əldə etmədən öncə bu istifadə şərtlərini diqqətlə oxuyun. Hazırki istifadə şərtləri ilə razılaşmadığınız təqdirdə xahiş edirik bu vebsaytdan istifadə etməyin.
Əgər siz ZoodMall mobil tətbiqindən və ya ZoodMall mobil tətbiqi vasitəsilə Xidmətlərdən istifadə edirsizsə onda belə bir istifadəyə hazırki Şərtlərin tətbiq olunması ilə yanaşı mobil tətbiqin istifadəsini tənzimləyən əlavə şərtlər də daxil ola bilər (məsələn Apple şirkətinin iTunes, Google şirkətinin Play Store, Microsoft şirkətinin Store mağazaları kimi mobil tətbiqlər tərəfindən irəli sürülən şərtlər). Bu əlavə şərtlər, onların tətbiq olunmasının mümkünlüyündən asılı olaraq, istinad yolu ilə hazırki İstifadə Şərtlərinə daxil edilmiş kimi hesab olunur.
Qeydiyyatdan keçmiş istifadəçilər: ZoodMall yalnız tərəfinizdən ZoodMall-a tələb olunan müəyyən İstifadəçi məlumatı təqdim olunduqdan və müəyyən istifadəçi adı və parol vasitəsilə hesab və ZoodMall eyniləşdirmə nömrəsi ("Hesab") yaradıldıqdan sonra Vebsayt vasitəsilə Xidmətlərin müəyyən hissələrini sizin üçün əlçatımlı edir. Siz Vebsaytdakı öz Hesabınızı www.facebook.com, Yahoo korporasiyası və ya onun törəmə şirkətləri, Google korporasiyası və ya onun törəmə şirkətləri, twitter və ya istənilən digər sosial media vebsaytı və ya istənilən digər internet xidmətinə məxsus istifadəçi adı və parol nəzərə alınmaqla Vebsayta çıxış əldə etmək üçün istifadəsinə icazə verilən özünüzə aid üçüncü tərəf vebsaytının istifadəçi adı və parolu ilə daxil olaraq yarada bilərsiniz (Yuxarıda qeyd olunduğu kimi ZoodMall eyniləşdirmə nömrəsi və/və ya digər üçüncü tərəf istifadəçi adına ayrı-ayrılıqda və birlikdə "Hesab Məlumatı" kimi istinad olunur).
Əgər siz Vebsaytda təqdim olunan Xidmətlərdən faydalanmaq üçün Hesab yaratmaqla İstifadəçi qismində qeydiyyatdan keçmisinizsə siz Hesab məlumatının məxfiliyi və təhlükəsizliyinin qorunması üçün məsuliyyət daşıyacaqsız və siz sizin hesabınızın istifadəsi yolu ilə baş verən bütün fəaliyyətə görə tam öhdəlik daşıyacaqsınız. Bununla bağlı siz aşağıdakılara razılığınızı verirsiniz. (a) Hesab Məlumatınızdan icazəsiz istifadə və ya təhlükəsizlik qaydalarının pozulması ilə bağlı ZoodMall-a dərhal məlumat verməyi, habelə (b) hər bir sessiyanın sonunda Hesabınızdan çıxdığınıza əmin olmağı.
ZoodMall tərəfinizdən bu bölümün şərtlərinə əməl etməmə nəticəsində istənilən itki və ya ziyana görə hər hansı bir məsuliyyət daşımır. Tərəfinizdən hesabınızın təhlükəsizliyi və məxfiliyinin təmin olunması üçün kifayət qədər tədbrilərin görülməməsi nəticəsində hesabınızın həm sanksiyalaşdırılmış, həm də qeyri-sanksiyalaşdıırlmış istifadəsindən qaynaqlanan ZoodMall və ya Saytın istənilən digər istifadəçisi və ya ziyarətçilərinin üzləşdiyi itkilərə görə sizin üzərinizə məsuliyyət qoyula bilər.
Siz Hesabınızda göstərilmiş və Vebsaytın qeydiyyat formasında tərəfinizdən daxil edilmiş məlumatın tam, dəqiq və aktual olduğuna zəmanət verirsiz. Xidmətlərdən istifadə etmək üçün digər istifadəçinin Hesab məlumatından istifadə etmək ciddi qadağan olunur.
Əgər siz həqiqətə uyğun olmayan, qeyri-dəqiq, köhnəlmiş və ya natamam (və ya vaxt ötdükcə həqiqətə uyğun olmayacaq, qeyri-dəqiq, köhnəlmiş və ya natamam olacaq) məlumatı təqdim etmisinizsə və ya ZoodMall-un belə bir məlumatın həqiqətə uyğun olmaması, qeyri-dəqiq, köhnəlmiş və ya natamam olmasına dair ağlabatan əsasları varsa onda ZoodMall sizin Hesabınızı dayandıra və ya silə bilər və Vebsaytın və/və ya digər Xidmətlərin (və ya onların istənilən hissəsinin) istənilən və bütün cari və gələcək istifadəsi üzərinə qadağa qoya bilər
Siz tətbiq olunan qanunvericilik tərəfindən maksimum yolverilən həddə zoodmall-un istər biliyinizlə, istərsə də biliyiniz olmadan, bu vebsayt və ya istənilən xidmətlərlə əlaqəli hesabınız və ya hesab məlumatınızın səlahiyyətsiz istifadəsi nəticəsində üzləşə biləcəyiniz istənilən itkiyə görə məsuliyyət daşımayacağını açıq şəkildə anlayır və buna razılığınızı verirsiniz. Zoodmall vebsaytda olan bütün məlumatın doğru olduğunu təmin etməyə çalışmışdır, lakin zoodmall istənilən məlumat, informasiya, məhsul və ya xidmətin keyfiyyəti, dəqiqliyi və tamlığı barədə heç bir zəmanət və ya təminat vermir. Zoodmall müqavilə, hüquq pozuntusu, ehtiyatsızlıq, ciddi məsuliyyət və ya digər əsaslara görə vebsaytın ləngiməsi və ondan və ya onun müvafiq funksional imkanlarından istifadə etmək imkanının olmadığına görə, funksional ımkanların təmin edilməsi və ya edilməməsinə görə və ya vebsayt vasitəsilə əldə olunan və ya vebsaytın istifadəsindən digər şəkildə qaynaqlanan istənilən informasiya, proqram təminatı, məhsul, funksional imkanlar və aidiyyatı qrafikaya görə məsuliyyət daşımayacaqdir. Bundan əlavə zoodmall dövri profilaktika əməliyyatları zamanı və ya texniki səbəbə və ya zoodmall-un nəzarətindən kənar olan istənilən səbəbə görə baş verə bilən vebsayta çıxışın nəzərdə tutulmayan dayandırılmasına görə məsuliyyət daşımayacaqdır.
Istifadəçi vebsayt vasitəsilə istənilən material və ya məlumatın endirilməsi və ya digər şəkildə əldə edilməsinin sırf öz mülahizəsinə görə və riski bahasına olduğunu və özü tərəfindən belə material və ya məlumatın endirilməsindən nəticələnən kompüter sisteminə dəyən istənilən ziyana və ya məlumat itkisinə görə müstəsna məsuliyyət daşıdığını anlayır və bununla razılaşır. Zoodmall kuponun etibarsızlığına gətirib çıxaran istənilən orfoqrafik səhvlərə görə məsuliyyət daşımır. Zoodmall istər özü , istərsə də üçüncü tərəflər adından sizə təqdim olunmuş istənilən informasiyaya münasibətdə hər hansı bir səhvlər və ya ötürmələrə görə heç bir məsuliyyəti üzərinə götürmür.
Razılaşma aşağıda qeyd olunduğu kimi ona ya Siz ya da ZoodMall tərəfindən xitam verilənə qədər qüvvədə olacaqdır. Əgər siz ZoodMall ilə razılaşmanıza xitam vermək istəyirsinizsə siz
Yuxarıdakı 12.2 müddəasına əlavə olaraq ZoodMall istənilən vaxtı, Sizə əvvəlcədən xəbardarlıq verib və ya verməməklə sizinlə olan hazırki İstifadə Şərtlərinə (və ya istənilən fərdi Əlavə Şərtlər kimi onların hissəsinə) xitam verə bilər bu şərtlə ki,
Siz Vebsaytdan istifadə etdikdə və ya ZoodMall-a elektron poçt və ya digər məlumat, informasiya və ya kommunikasiyanı göndərdikdə siz ZoodMall ilə elektron sənədlərlə ünsiyyətdə olduğunuza razılaşır və bunu anlayırsız və siz ZoodMall-dan dövri olaraq və zərurət olduğu kimi elektron sənədlər vasitəsilə kommunikasiyaları almağa öz razılığınızı verirsiz. ZoodMall sizinlə elektron poçt və ya Vebsaytdakı bildirişlər və ya Vebsaytdakı və ya mobil telefonunuzdakı elektron sənədlərlə ünsiyyətdə olacaqdır və bu da tətbiq olunan qanunvericiliklə yolverilən maksimal həddə bildiriş/elektron sənəd vasitəsilə adekvat məlumatlandırma vasitəsi hesab olunacaqdır.
ZoodMall-un Ən Yaxşı Qiymət üzrə Zəmanət Proqramı ("ƏYQZ") yalnız "Ən Yaxşı Qiymət üzrə Zəmanət" etiketi ilə olan məhsullara tətbiq olunur və aşağıdakı şərt və müddəalarla tənzimlənmir ("ƏYQZ Şərt və Müddəaları"). ƏYQZ Şərtləri ZoodMall-da tətbiq olunan ümumi şərt və müddəalara əlavə olaraq tətbiq olunur.
ZoodMall müştərilərimiz üçün ən yaxşı alış-veriş təcrübəsini təmin etməyə səy göstərir.
Əgər sizə çatıdırılan məhsul sifarişinizə uyğun olmazsa, qüsurlu və ya zədəli olarsa siz çatdırılmadan sonra 14 gün müddətində onları bizə qaytara bilərsiz. Bununla belə müştərinin istəyinə görə sifarişin ləğv olunması ilə bağlı malları yalnız sifariş verildikdən sonra ilk 8 saat ərzində qaytarmaq olar.
Xahiş olunur nəzərə alasız ki, gigiyena (alt paltarı və sairə) və logistika səbəblərindən bəzi malları qaytarmaq mümkün deyil.
Əgər sizin tərəfinizdən qaytarılan mal yuxarıda qeyd olunan bütün tələbləri qarşılıyırsa və siz malın qaytarılmasını rəsmiləşdirmək istəyirsizsə siz sifariş səhifəsindəki malın yanında "Müştəri Xidməti ilə Əlaqə Saxla" mətninin üzərinə klikləyərək qaytarılma proseduruna başlaya bilərsiz.
Və ya siz +7 727 3110790 telefon nömrəsi vasitəsilə birbaşa bizimlə əlaqə saxlaya bilərsiz. Əgər müvafiq qiymətləndirmədən sonra tərəfinizdən qaytarılan malın qaytarılma tələblərini qarşılaması təsdiqlənərsə (Mallar ZoodMall anbarına çatdırıldıqdan sonra 5 iş günü ərzində) biz sizi bu barədə xəbərdar edəcəyik və 14 gün müddətində vəsaitinizi geri qaytarıcağıq. Əgər tərəfinizdən qaytarılan mal qaytarılma tələblərini qarşılamazsa həmin məhsul yenidən sizə geri göndəriləcəkdir.
Malların Qaytarılması/Vəsaitin Geri ödənilməsi və ya sifarişin ləğv edilməsi istənilən tez korlanan mallara tətbiq olunmur. Aldığınız malın sizi tamamilə qane etməsinə əmin olmaq üçün xahiş olunur sifariş çatdırılan kimi bağlamanın içini yoxlayın.
Vəsaitin geri ödənilməsi mal geri qaytarıldıqda və ya sifariş ləğv olunduqda baş verir. Siz sifarişiniz sizə çatdırlandan sonra 14 gün müddətində vəsaitin geri ödənilməsi üçün müraciət edə bilərsiz. Siz Sifariş səhifəsində malın yanında olan "Müştəri Xidməti ilə Əlaqə Saxla" nişanını klikləyə bilərsiz.
Qaytarılan mallara gəldikdə vəsait mal ZoodMall anbarına çatdırıldıqda və onun malların qaytarılma tələblərinə uyğun gəlməsi təsdiqlənəndə geri ödəniləcəkdir.
Əgər alışınız zamanı istənilən kredit, endirim və ya xüsusi təklif kodları tətbiq olunubsa sifarişin ləğv olunmasının təşəbbüskarı ZoodMall və ya Satıcının olması halları istisna olmaqla onlar sizə qaytarılmaycaqdır.
Sizə geri ödənilən vəsait tərəfinizdən ödənilən məbləğə bərabər olacaqdır.
Mümkün olduqda, ödəniş məhsul üçün edilən ödəniş üsulu (kredit kartı/debet kartı/internet bankçılıq və ya ödəniş platforması) vasitəsilə geri qaytarılacaqdır. ZoodMall ödənişin geri qaytarılma üsulunu müəyyən etmək hüququna malikdir.
ZoodMall geri ödənilmiş vəsaitin sizin hesabınıza konkret bir müddət ərzində çatmasına zəmanət vermir. Ödənişi 14 gün müddətində almadığınız təqdirdə xahiş edirik bankınız və/və ya ödəniş xidmətinin təchizatçısı ilə əlaqə saxlayasız.
ZoodMall heç bir bildiriş göndərmədən ödənişlərin geri qaytarılmasının işlənilmə mexanizmini istənilən vaxt dəyişmək hüququnu özündə saxlayır